Azərbaycan məhsulları “Prodexpo 2019” beynəlxalq sərgisində nümayiş olunur

Azərbaycan məhsulları “Prodexpo 2019” beynəlxalq sərgisində nümayiş olunur Bakı. 11 fevral. REPORT.AZ/ “Made in Azerbaijan” brenidinin təşviqi, yerli məhsulların xarici bazarlarda tanıdılması məqsədi ilə Azərbaycan məhsulları Rusiya Federasiyasının Moskva şəhərində təşkil olunmuş “Prodexpo 2019” sərgisində nümayiş olunur.
İnfrastruktur
11 Fevral , 2019 16:41
Azərbaycan məhsulları “Prodexpo 2019” beynəlxalq sərgisində nümayiş olunur

Bakı. 11 fevral. REPORT.AZ/ “Made in Azerbaijan” brenidinin təşviqi, yerli məhsulların xarici bazarlarda tanıdılması məqsədi ilə Azərbaycan məhsulları Rusiya Federasiyasının Moskva şəhərində təşkil olunmuş “Prodexpo 2019” sərgisində nümayiş olunur.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, sərgidə qida, şərab və spirtli içkilər sahəsində fəaliyyət göstərən 31 Azərbaycan şirkəti öz məhsullarını vahid ölkə stendində təqdim edir.

“Prodexpo 2019” sərgisi fevralın 15-nə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi