Azərbaycan MDB ölkələrinin tikinti üzrə Hökumətlərarası Şurasının iclasında iştirak edib

Azərbaycan MDB ölkələrinin tikinti üzrə Hökumətlərarası Şurasının iclasında iştirak edib Bakı. 3 dekabr. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) sədrinin müavini Dövlətxan Dövlətxanov Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv-dövlətlərinin Tikinti Fəaliyyəti ilə bağlı Əməkdaşlığı üzrə Hökumətlərarası Şuranın Rusiyanın Moskva şəhərində keçirilmiş 38-ci iclasında iştirak edib.
İnfrastruktur
3 Dekabr , 2018 12:24
Azərbaycan MDB ölkələrinin tikinti üzrə Hökumətlərarası Şurasının iclasında iştirak edib

Bakı. 3 dekabr. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) sədrinin müavini Dövlətxan Dövlətxanov Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv-dövlətlərinin Tikinti Fəaliyyəti ilə bağlı Əməkdaşlığı üzrə Hökumətlərarası Şuranın Rusiyanın Moskva şəhərində keçirilmiş 38-ci iclasında iştirak edib.

Komitədən “Report”a verilən məlumata görə, hazırda Şuraya sədrlik edən Rusiyanın tikinti və mənzil-kommunal təsərrüfatı nazirinin dəvəti əsasında təşkil olunmuş və üzv-dövlətlərin aidiyyəti dövlət qurumlarının təmsil olunduğu bu iclasda MDB ərazisində seysmodavamlı tikinti üzrə baza təşkilatın yaradılması barədə qərar qəbul olunub, habelə inşaat sahəsini tənzimləyən normativ bazanın inkişafı, şəhərsalma və memarlıq sahələrində aktual problemlər və onların həlli yolları müzakirə edilib. DŞAK rəsmisi səfər çərçivəsində Rusiya, Qazaxıstan, Belarus və digər ölkələrin şəhərsalma və tikinti sahəsində fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının heyyətləri ilə görüşlər keçirmiş, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub.

MDB-nin üzv-dövlətlərinin Tikinti Fəaliyyəti ilə bağlı Əməkdaşlığı üzrə Hökumətlərarası Şura Birliyə daxil olan ölkələrdə tikinti sahəsində razılaşdırılmış siyasətin formalaşdırılması, inşaat sektorunun dayanıqlı inkişafının təmin olunması üçün aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətinin təşkili məqsədilə 1994-cü ildə yaradılıb. DŞAK sözügedən Hökumətlərarası Şuranın üzvüdür. Şuranın fəaliyyəti əsasən tikinti sahəsində əməkaşlığın inkişaf etdirilməsini, o cümlədən tikintidə mühəndis tədqiqatlarının aparılması, layihələndirmə, şəhərsalma sənədlərinin işlənməsi, memarlıq fəaliyyəti, inşaat materiallarının istehsalı, tikintinin təşkili və s. bu kimi istiqamətləri əhatə edir.

Son xəbərlər

Orphus sistemi