Yuxarı

Azərbaycan MDB-nin kinologiya fəaliyyəti üzrə işçi qrupunun iclasında iştirak edib

Görüşdə 2015-ci il üzrə iş planının gedişatı müzakirə olunub

Bakı. 5 aprel. REPORT.AZ/ Rusiyada MDB ölkələrinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının hüquq-mühafizə bölmələri başçıları Komitəsinin kinologiya fəaliyyəti məsələləri üzrə işçi qrupunun XII iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və Ermənistanın gömrük orqanları kinologiya xidmətlərinin rəhbərləri iştirak ediblər.

Görüş çərçivəsində işçi qrupun 2015-ci ilə olan iş planının reallaşdırılmasının gedişatı ilə bağlı məsələlər müzakirə olunub, MDB-nin iştirakçı dövlətlərinin gömrük xidmətlərinin regional kinologiya portalından istifadə səmərəliliyinin artırılması məqsədi ilə "CENcomm" Ümumdünya Gömrük Təşkilatı platforması ilə iş üzrə praktiki təlim seminarı keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi