Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək Macarıstanın Azərbaycandakı səfiri İqtisadiyyat və Sənaye Nazirliyində olub
İnfrastruktur
9 Aprel , 2015 18:44
Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

Bakı. 9 aprel. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutoranı qəbul edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Görüşdə ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi, əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti qeyd edilb. Bildirilib ki, aprelin sonunda Macarıstanda Birgə Komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

Görüşdə Birgə Komissiyanın növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib, Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən hava nəqliyyatı, tikinti, əczaçılıq, ekologiya və s. sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi