Yuxarı
    Bağlamaq

    Daha bir kənddə yol təmirinə başlanılıb

    Nəqliyyat naziri Ağdaşda vətəndaşlarla görüşüb

    Bakı. 6 noyabr. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov Ağdaş şəhərində Ağdaş, Göyçay və Ucar rayonlarından olan vətəndaşları qəbul edib. "Report"un Nazirliyə istinadən verdiyi xəbərə görə, qəbul zamanı 50-dən çox vətəndaşın müraciətinə yerində baxılıb.

    Vətəndaşların müraciətləri əsasən avtomobil yollarının təmiri və yenidən qurulması, yeni avtobus marşrutlarının açılması, Ağdaş və Göyçay şəhərlərində müasir tipli avtovağzalın tikintisinə köməklik göstərilməsi, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 279-cu km-də Ağdaş rayonunun Yenicə kəndi ərazisindən keçən hissəsində mal-qara keçidinin qurulması, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 282-ci km-də körpünün tikilməsi və digər məsələlərlə bağlı olub.

    Daha sonra Ağdaş rayonunda Aşağı Zeynəddin kəndində məskunlaşmış məcburi köçkünlər adından həmin kəndin avtomobil yolunun təmiri üçün müraciət olunub. Z.Məmmədov məsələnin həlli ilə əlaqədar Nazirliyin struktur rəhbərlərinə göstərişlər verib və bu gündən etibarən Aşağı Zeynəddin kəndində avtomobil yolunun təmiri işlərinə başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi