Natiq Əliyev: “Azərbaycan keçid dövrünü çox uğurla başa vurub”

Natiq Əliyev: “Azərbaycan keçid dövrünü çox uğurla başa vurub” "Ölkədə bazar iqtisadiyyatına əsaslanan mühit yaradılıb"
İnfrastruktur
24 Dekabr , 2014 12:58
Natiq Əliyev: “Azərbaycan keçid dövrünü çox uğurla başa vurub”

Bakı. 24 dekabr. REPORT.AZ/ “Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə bazar iqtisadiyyatına əsaslanan mühit yaradılıb”. “Report”un məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “İnkişafın 10 ili - 2004-2014” adlı konfransda çıxışında deyib. 

O bildirib ki, bu tədbir əlamətdar gündə keçirilir: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar ölkənin inkişafına təkan verib. Ümummilli lider Heydər Əliyev və onun davamçısı İlham Əliyev tərəfindən ayrı-ayrı sahələrdə həyata keçirilən islahatlar ölkəni dünyanın lider ölkələri səviyyəsinə qaldırıb. Bunun nəticəsidir ki, dünyada iqtisadi böhran yaşandıqda, Azərbaycana təsiri olmadı. Azərbaycan keçid dövrünü çox uğurla başa vurub”.
N.Əliyev qeyd edib ki, Son 10 ildə ölkədə enerji istehsalı 40 faiz artıb: “Azərbaycanda neft sənayesi iqtisadi inkişafın özəyini təşkil edir. Qaz istehsalında da inkişaf göz qabağındadır. Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib. Ölkədə enerji istehsalı son 10 ildə 40 faiz artıb. Ölkədə 10 yeni elektrik stansiyası tikilib. Azərbaycanda elektrik enerjisinin ixracının həcmi artıb. İdxal edilən elektrik enerjisindən 5 dəfə çoxu ixrac edilir”.

Son xəbərlər

Orphus sistemi