Azərbaycan iqtisadiyyatına 11 ayda 4,8 mlrd. manata yaxın xarici investisiya yatırılıb

Azərbaycan iqtisadiyyatına 11 ayda 4,8 mlrd. manata yaxın xarici investisiya yatırılıb Bakı. 22 dekabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 754,5 mln. manat vəsait yönəldilib.
İnfrastruktur
22 Dekabr , 2018 12:41
Azərbaycan iqtisadiyyatına 11 ayda 4,8 mlrd. manata yaxın xarici investisiya yatırılıb

Bakı. 22 dekabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 754,5 mln. manat vəsait yönəldilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 838,9 mln. manatı (80,7%-i) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 899,4 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8% az vəsait yönəldilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 63,1%-ini təşkil edib.

Son xəbərlər

Orphus sistemi