Yuxarı

Azərbaycan Gürcüstandan elektrik qatarları alacaq

Yaxın vaxtlarda müqavilənin imzalanması gözlənilir

Bakı. 31 may. REPORT.AZ/ Gürcüstan Vaqon Təmiri Zavodu yaxın zamanlarda Azərbaycana elektrik qatarları tədarük edəcək. Tezliklə bununla bağlı razılaşmanın rəsmiləşdirilməsi gözlənilir. "Report"un "Biznes-Qruziya" saytına istinadən verdiyi məlumata görə, bunu "Gürcüstan Dəmir Yolları" şirkətinin Müşahidə Şurasının həmsədri Nino Tsilosani bildirib.

"İndiyədək zavod Azərbaycana ancaq qatarlar tədarük edirdi. Ümumiyyətlə, Azərbaycan, Ermənistan və Gürcüstanda sovet dövrünün elektrovozları hərəkət edir. Lakin MDB-də onların istehsalı ancaq Rusiya, Ukrayna və Gürcüstanda həyata keçirilir. Biz elektrovozların qonşu dövlətlərə tədarük olunması üçün intensiv danışıqlara başlamağı planlaşdırırıq. Onlara sərfəli qiymətlər təklif edə bilərik", - deyə N.Tsilosani qeyd edib.

Şirkət rəsmisi əlavə edib ki, Gürcüstan zavodunun bazasında elektrovozların istehsalının təşkili planlaşdırılır: "Bu vaxta kimi Gürcüstanda lokomotivlər yığılmırdı, yalnız elektrik qatarları və vaqonlar istehsal edirdik. Hələlik texniki məsələlər və iş prosesi ilə bağlı danışıqlar gedir. Təxminən 50 mln. dollar həcmində böyük investisiya lazımdır. Çin şirkəti ilə birgə müəssisənin yaradılması ideyasını nəzərdən keçiririk. Beləcə, istehsalın 50%-i Gürcüstanda, qalan hissəsi isə Çində reallaşdırılacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi