Azərbaycan, Gürcüstan və Ukrayna birgə müəssisə yaradılmasına dair memorandum imzalayıb

Azərbaycan, Gürcüstan və Ukrayna birgə müəssisə yaradılmasına dair memorandum imzalayıb Sənəd yükdaşımaların inkişafı üçün daimi dəmiryolu-bərə əlaqəsinin birgə istifadəsini nəzərdə tutur
İnfrastruktur
8 Sentyabr , 2017 16:08
Azərbaycan, Gürcüstan və Ukrayna birgə müəssisə yaradılmasına dair memorandum imzalayıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Ukraynanın Odessa şəhərində "Avropa-Asiya inteqrasiya olunmuş nəqliyyat dəhlizləri" yüksək səviyyəli II beynəlxalq nəqliyyat konfransı zamanı Avropa İttifaqı - Ukrayna - Qara dəniz - Gürcüstan - Azərbaycan - Xəzər dənizi - Asiya ölkələri regionu marşrutu boyu yükdaşımaların inkişafı üçün daimi dəmiryolu-bərə əlaqəsinin birgə istismarına dair memorandum imzalanıb.

"Report"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, memorandumda tərəflərin "Ukrayna Dəmir Yolları" ASC (UDY) bərələrindən istifadə edilməsi də nəzərdə tutulub.

Sənədi UDY-nin  İdarə Heyətinin sədri vəzifələrini icra edən Yevgeni Kravtsov, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov imzalayıb. Memorandum həmçinin Baltik dənizi-Qara dəniz-Xəzər dənizi marşrutunun inkişafı məqsədilə UDY-nin bərələrinin idarə edilməsi üçün birgə müəssisəsinin yaradılmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi