Azərbaycan ərazisində meşə örtüyünün payı artıb

Azərbaycan ərazisində meşə örtüyünün payı artıb Bakı. 3 aprel. REPORT.AZ/ Həyata keçirilən layihənin I mərhələsi çərçivəsində Bakıdakı Böyükşor gölündə 300 hektara yaxın ərazi tikinti materiallarının qalıqlarından təmizlənib. Gölün ətrafında 15 hektarlıq park-bulvar salınıb.
İnfrastruktur
3 Aprel , 2018 10:44
Azərbaycan ərazisində meşə örtüyünün payı artıb

Bakı. 3 aprel. REPORT.AZ/ "Həyata keçirilən layihənin I mərhələsi çərçivəsində Bakıdakı Böyükşor gölündə 300 hektara yaxın ərazi tikinti materiallarının qalıqlarından təmizlənib. Gölün ətrafında 15 hektarlıq park-bulvar salınıb". 

"Report" xəbər verir ki, bunu Dünya Bankının Bakıda təşkil etdiyi "Yaşıl İnkişaf" tədbirində çıxış edən İqtisadiyyat Nazirliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Departamentinin rəhbəri Ruslan Rüstəmli deyib.

Onun sözlərinə görə, layihənin II mərhələsi çərçivəsində gölün digər hissəsi təmizlənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Amil Səfiyev isə bildirib ki, son 15 ildə 100 mln.dan çox ağac əkilib: "Bu iş əsasən deqredasiyaya uğramış torpaqlarda həyata keçirilib. Son nəticədə ölkəmizdə meşə örtüyünün payı 11,4%-dən 11,8%-ə yüksəldilib".

Son xəbərlər

Orphus sistemi