Azərbaycan Dövlət Dəniz Administrasiyasında seminar keçirilib

Azərbaycan Dövlət Dəniz Administrasiyasında seminar keçirilib Məqsəd qurumun müəllim-professor heyətini Beynəlxalq Dəniz Təşkilatının Konvensiyalarına edilən dəyişikliklərlə tanış etmək olub
İnfrastruktur
16 Sentyabr , 2017 11:40
Azərbaycan Dövlət Dəniz Administrasiyasında seminar keçirilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Akademiyasında, qurumun professor–müəllim heyəti üçün “Beynəlxalq Dəniz Təşkilatının Konvensiyalarına edilən dəyişikliklərin mənimsənilməsinə dair” seminar keçirilib.

Akademiyadan "Report"a verilən məlumata görə, tədbirdə “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli Beynəlxalq Konvensiya, “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşisinin alinması haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiya, “Dənizdə insan həyatının mühafizəsinə dair” 1974-cü il tarixli Beynəlxalq Konvensiya üzrə qəbul edilən dəyişikliklər haqqında iştirakçılara məlumat verilib.

Seminarda iştirak edən “Ruskiy Reqistr” Təsnifat Cəmiyyətinin nümayəndəsi Təhsil və tədris sahəsində İSO 9001 keyfiyyəti idarəetmə sisteminin mahiyyəti, əhatə dairəsi, İSO 9001:2009 və yeni İSO 9001:2015 keyfiyyəti idarəetmə sisteminin mübadiləsi haqqında iştirakçıları maraqlandıran suallara cavab verib.

Seminarın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi