Yuxarı
    Bağlamaq

    Azərbaycan Dövlət Dəniz Administrasiyası tenderin müddətini uzadıb

    Tenderə aprel ayına kimi sənədlər təqdim edilə bilər

    Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi bu ilin yanvarın 12-də elan etdiyi tenderin vaxtını uzadıb.

    "Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, qeyd edilən tarixlərdə “Xalq qəzeti”ndə dərc edilmiş dəniz buylarının satın alınması üçün tender prosedurunda ilkin sənədlərin qəbulu 28 mart saat 18:00-a, təkliflərin son təqdimat tarixi 4 aprel saat 18:00-a, zərflərin açılışı isə 5 aprel saat 11:00-a qədər uzadılıb.

    Tenderlə bağlı (+994 12) 564 34 60 əlaqə nömrəsi ilə əlaqə saxlamaq tövsiyə edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi