Yuxarı

Azərbaycan dəmiryolçuları Vyanaya səfər ediblər

Azərbaycan dəmiryolçuları Vyanaya səfər ediblər

Bakı. 21 fevral. REPORT.AZ/ Bu gün Vyanada (Avstriya) “Strateji əməkdaşlıq 1520: Mərkəzi Avropa” beynəlxalq dəmiryol biznes-forumu işə başlayıb.

“Report”un verdiyi xəbərə görə, forumda Avstriya, Belarus, İtaliya, Azərbaycan, Qazaxıstan, Rusiya və digər ölkələrin dəmir yolu üzrə top-menecerləri iştirak edirlər.

Forumda Avropa və MDB ölkələrinin dəmiryolçuları əsas infrstruktur layihələri və onlara investisiya cəlbi ilə bağlı məsələləri müzakirə edəcəklər. “Avrasiya dəhlizi” və “Yeni İpək Yolu", bazardakı vəsaitin infrastruktur layihələrinə yönəlməsi üçün atılmalı olan addımlar müzakirə mövzusu olacaq.

Rusiya və Avstriya üçün əsas məsələlərdən biri Vyana və Bratislavaya qədər dəmiryolu xəttinin tikintisi ilə yeni Avrasiya nəqliyyat dəhlizinin yaradılmasıdır.

Forum fevralın 22-də də davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi