Yuxarı
    Bağlamaq

    ​Azərbaycan dəmir yolları üçün yeni qatarların alınması nəzərdə tutulur

    Hazırda İsveçrə şirkəti ilə danışıqlar gedir

    Bakı. 10 sentyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" (ADY) QSC şəhərətrafı dəmir yollarının inkişafı üçün beynəlxalq nəqliyyat şirkətləri ilə əməkdaşlığını davam etdirmək niyyətindədir. Bu məqsədlə hazırda İsveçrənin "Stadler Rail" şirkəti ADY-yə "FLİRT Sm5" markalı birmərtəbəli aşağıdöşəməli elektrik qatarlarını təklif edib. Bunu "Report"a açıqlamasında "Stadler Rail"in Mərkəzi Asiya üzrə marketinq və satış direktoru Dirk Şaybner (Dirk Scheibner) bildirib.

    Onun sözlərinə görə, ADY ilə FLİRT Sm5 markalı elektrik qatarlarının alınması ilə bağlı da danışıqlar gedir.

    "Bu birmərtəbəli elektrik qatarları əsasən şəhərətrafı və regional əlaqə üçün nəzərdə tutulur. Hazırda belə qatarlar Finlandiyada da istismar edilir. Sözügedən qatarların alınması ilə bağlı Azərbaycan tərəfi ilə də müzakirələr aparılır", - D.Şaybner deyib.

    Qeyd edək ki, Finlandiya üçün hazırlanan FLİRT Sm5 markalı elektrik qatarları kondisioner sisteminə və komfortlu interyerə malikdir. Bu model qatarlar fiziki imkanları məhdud olan şəxsləri nəzərə almaqla, çoxfunksiyalı qapılarla təhciz edilib. Belə ki, bu şəxslərin qalxıb-düşməsini asanlaşdırmaq üçün belə dəmir yolu nəqliyyatı vasitələrində qapı və platforma arasındakı boşluğu örtən irəli çəkilmiş pilləkənlə təmin edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi