Bakı. 19 aprel. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamenti dartı yarımstansiyaları üçün nəzarət kabelləri, hava açarı və düzləndiricilərin alınması ilə əlaqədar açıq tender keçirir.
"Report"un dövrü mətbuata istinadən verdiyi mətbuata görə, tender bir lot üzrə (kabel KNRQ-4x2,5, kabel KNRQ-7x2,5, kabel KNRQ-10x2,5, düzləndirici Vu-100/24, düzləndirici üçün kabel PS-240, düzləndrici üçün diod Vk-200, düzləndirici üçün diod VL-200, düzləndirici üçün diod DA-153-1250, hava açarı VA-206/4000) keçirilir.
Tenderdə iştirak haqqı 300 manat təşkil edir.
İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri 8 may saat 18:00-a qədər, tender təklifi və bank zəmanətini isə isə 17 may saat 18:00-a kimi Bakı şəhəri, D.Əliyeva küçəsi,230 ("Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamenti) ünvanına təqdim etmək lazımdır.
İddiaçıların təklifləri 18 may saat 10:00-da göstərilən ünvanda açılacaq.