"Azərbaycan Dəmir Yolları" QSC bayram günlərində növbəli iş rejmində işləyəcək

"Azərbaycan Dəmir Yolları" QSC bayram günlərində növbəli iş rejmində işləyəcək Biletlərin böyük əksəriyyəti artıq satılıb
İnfrastruktur
28 Dekabr , 2015 18:55
Azərbaycan Dəmir Yolları QSC bayram günlərində növbəli iş rejmində işləyəcək

Bakı. 28 dekabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC dekabrın 29-dan başlayaraq Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı keçirilən bayram günləri bitənə qədər növbəli rejimdə işə başlayır. Sərnişinlərin əsas sıxlığı dekabrın 29-30-da gözlənilir. Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, biletlər artıq satılıb, lakin bayram günlərində sərnişinlər yenə bilet ala biləcəklər: "Sərnişin sıxlığına uyğun olaraq qatarlara əlavə vaqonlar qoşulacaq. Qeyd edim ki, sərnişinlərin sıxlığı ən çox qərb istiqamətində müşahidə edilir".

Katibliyin rəisi həmçinin sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejminin tətbiq olunacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi