​"Azərbaycan Dəmir Yolları"nın sədri Bakı Sərnişin stansiyasında aparılan təmir işlərinin gedişi ilə tanış olub

​"Azərbaycan Dəmir Yolları"nın sədri Bakı Sərnişin stansiyasında aparılan təmir işlərinin gedişi ilə tanış olub Bakı Sərnişin Vağzalında aparılan yenidənqurma işləri davam edir
İnfrastruktur
29 Aprel , 2015 12:53
​Azərbaycan Dəmir Yollarının sədri Bakı Sərnişin stansiyasında aparılan təmir işlərinin gedişi ilə tanış olub

Bakı. 29 aprel. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakı Sərnişin stansiyasında və stansiya yollarında aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olub. Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Qeyd edək ki, paytaxtın giriş qapısı sayılan Bakı Sərnişin Vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. Bu məqsədlə bu ilin mart ayında vağzalda yenidənqurma işlərinə start verilib.

"Hazırda təmir işləri davam edir. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək", - deyə N.Əzməmmədov bildirib.

Sonra C.Qurbanov stansiya yollarında aparılan əsaslı təmir işlərinin gedişini izləyib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi