Yuxarı

Azərbaycan dəmir yollarında təhlükəsizlik tədbirləri gücləndirilib

Daxili və beynəlxalq qatarlarda ciddi təhlükəsizlik tədbirləri görülüb

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan dəmir yollarında təhlükəsizlik tədbirləri gücləndirilib. Bütün körpülərdə, stansiyalarda, qatarlarda nəzarət artırılıb.

Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

N. Əzməmmədovun sözlərinə görə, cəbhədəki vəziyyətlə əlaqədar olaraq körpülərdə, stansiyalarda, yerli və beynəlxalq qatarlara minib və düşmək diqqət mərkəzində saxlanılır.

"Sərnişin sıxlığı müşahidə edilən Bakı-Sumqayıt qatarı artıq yolboyu nəzarətə götürülüb. Bundan başqa, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları qatarın içində hərəkət edirlər, qatar hərəkətdə olduqda və dayandıqda müşahidəyə götürülür. Bundan əlavə, bilet satışında mütləq şəxsiyyət vəsiqəsi tələb edilir, habelə tez-tez elanlar verilir ki, şübhəli şəxslər görüldükdə xəbər verilsin", - deyə N. Əzməmmədov bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi