"Azərbaycan Dəmir Yolları"nda İsveçrə səfiri ilə görüş keçirilib

"Azərbaycan Dəmir Yolları"nda İsveçrə səfiri ilə görüş keçirilib Görüşdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb
İnfrastruktur
19 Fevral , 2016 12:24
Azərbaycan Dəmir Yollarında İsveçrə səfiri ilə görüş keçirilib

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə görüş keçirilib. 

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan dəmir yolunda həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. C.Qurbanov bildirib ki, “Azərbaycan Dəmir Yolları” İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir: "Stadler Rail Group” şirkətindən KİSS markalı beş ədəd ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalanıb. Qatarlardan üçü artıq Bakı-Sumqayıt-Bakı marşrutunda işləyir. Daha iki qatarın isə ölkəmizə gətirilməsi nəzərdə tutulur".

Bundan başqa, gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edilib. Artıq vaqonların istehsalına start verilib.

İkitərəfli görüşdə İsveçrə və Azərbaycanın əməkdaşlıq perspektivləri məsələləri də müzakirə olunub.

Səfir F.Ştalder “Azərbaycan Dəmir Yolları”nda bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi