Yuxarı
    Bağlamaq

    "Azərbaycan Dəmir Yolları"nda Belarus səfiri ilə görüş keçirilib

    Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

    Bakı. 16 noyabr. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç ilə görüş keçirilib. Cəmiyyətin Mətbuat Katibliyindən "Report"a daxil olan xəbərə görə, görüşdə “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov Azərbaycanın dəmir yolları sahəsində reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

    İkitərəfli görüşdə Belarus şirkətləri ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. G.Axramoviç “Azərbaycan Dəmir Yolları”nda bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan, İsveçrənin “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavoduda istehsal olunmuş ikimərtəbəli elektrik qatarlarının Bakı-Sumqayıt-Bakı marşrutunda istifadəsindən məmnun qaldığını bildirib. 

    Qeyd edək ki, görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi