Bakı. 2 noyabr. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları Departamenti elektrik qatarlarına bilet satışı (lot-1) və elektron gediş haqlarının tətbiqi (lot-2) üçün avadanlığın satın alınması ilə bağlı bu il oktyabrın 13-də elan etdiyi açıq tenderin davamından imtina edib.
“Report” xəbər verir ki, bu barədə ADY-nin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, tenderdən imtinaya səbəb təklif vermiş iddiaçıların sayının 3-dən az olmasıdır.