Yuxarı
    Bağlamaq

    "Azərbaycan Dəmir Yolları" iddiaçıların sayına görə tenderini ləğv edib

    Şirkətin açıq tenderinə yetərli sayda maraq göstərən olmayıb

    Bakı. 15 noyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamenti KTSM-PONAB, mexaniki təpə və rabitə avadanlıqlarının satın alınması ilə əlaqədar keçirilmiş tenderlə bağlı bildiriş yayıb.

    "Report"un "Respublika" qəzetinə istinadən verdiyi məlumata görə, tender iki lot üzrə keçirilib. İlk lot üzrə rabitə avadanlıqları və materiallar, lot-2 üzrə isə KTSM-PONAB avadanlıqları (hərəkət tərkibində qızmış buksları aşkar edən qurğu), mexaniki təpə avadanlıqları və materiallarının alınması nəzərdə tutulurdu. Lakin hər lot üzrə yalnız iki iddiaçı şirkət təkliflər təqdim edib.

    Nəticədə, "Dövlət satınalmaları haqqında" qanunun 1.1-ci maddəsinin tələblərinə əsasən, tender təklifi vermiş iddiaçıların sayı az olduğu üçün tenderin davamından imtina edilməsi qərarı qəbul olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi