"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş rejimdə işləyir

"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş rejimdə işləyir Ölkə daxilində hərəkət edən sərnişin qatarlarına tələb olunan sayda vaqonlar qoşulur
İnfrastruktur
11 Sentyabr , 2017 13:00
Azərbaycan Dəmir Yolları gücləndirilmiş rejimdə işləyir
Report

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC 15 sentyabr - yeni tədris ili ərəfəsində gücləndirilmiş iş rejimində çalışır.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a daxil olan məlumata görə, sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görülür: "Yeni dərs ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına tələb olunan sayda vaqonların qoşulması təmin edilir".

"Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir", - eyə Şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi