"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejimində çalışacaq

"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejimində çalışacaq Ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulacaq
İnfrastruktur
22 İyun , 2017 15:03
Azərbaycan Dəmir Yolları gücləndirilmiş iş rejimində çalışacaq

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanda bayram günlərində sərnişin axınının artması ilə əlaqədar olaraq “Azərbaycan Dəmir Yolları” QSC Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejiminə keçəcək.

Şirkətdən "Report"a verilən məlumata görə, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub: "Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək".

Qeyd edək ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi