Yuxarı
    Bağlamaq

    "Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejimində işləyəcək

    Ramazan bayramı günlərində daxili reyslər yerinə yetirən qatarlara əlavə vaqon qoşulacaq

    Bakı. 4 iyul. REPORT.AZ/ "Ramazan bayramı günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlar dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. Sərnişin daşımaları Departamenti bayram günlərində gucləndirilmiş iş rejimində işləyəcək". Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

    Onun sözlərinə görə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən isə 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir.

    Qeyd edək ki, sərnişin qatarlarına bilet satışı 10 gün əvvəldən, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi