Yuxarı

Bakıda Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib

Görüşdə Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Dəmir Yolları” QSC-də Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının (DYƏT) sədr müavini Vuktor Jukovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a verilən məlumata görə, görüşdə qurumun sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında məlumat verib.

İkitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq və regional layihələrdə iştirakı, sərnişin daşınmasının inkişaf mərhələləri, texniki vasitələrin müasirləşdirilməsi, DYƏT-lə "Azərbaycan Dəmir Yolları"nın əməkdaşlıq perspektivləri müzakirə olunub.

DYƏT-in sədr müavini V.Jukov çıxış edərək “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıqdan məmnun qaldığını, DYƏT-in 60 illik yubileyinə həsr olunmuş Nazirlər Müşavirəsinin 44-cü iclasının Bakıda keçiriləcəyini bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Qeyd edək ki, DYƏT 28 iyun 1956-cı ildə Sofiya şəhərində (Bolqarıstan) dəmir yoluna rəhbərlik edən nazirlərin Nazirlər Müşavirəsində yaradılıb. DYƏT-in mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən qurumlar DYƏT-in üzvüdür.

DYƏT-in Əsasnaməsinə görə, bu qurumun işində bilavasitə dəmir yollarının fəaliyyəti ilə əlaqədə olan təşkilatın digər formada iştirak etməsi də mümkündür.

DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir.

Azərbaycan 1993-cü ilin iyul ayından Təşkilatın üzvüdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi