Yuxarı

​"Azərbaycan Dəmir Yolları" bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Şirkətin bütün müəssisə və stansiyalarında növbəli şəkildə fasiləsiz iş rejimi təşkil olunacaq

Bakı. 10 mart. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramı günlərində ölkə daxilində hərəkət edən sərnişin qatarlarına 20-yə yaxın əlavə vaqon qoşacaq. Bunu "Report"a "Azərbaycan Dəmir Yolları"nın Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Katiblik rəisi qeyd edib ki, əlavə vaqonlar sərnişin sıxlığının qarşısını almaq üçün qatarlara qoşulması nəzərdə tutulub.

N.Əzməmmədovun sözlərinə görə, martın 20-27-də şirkətin bütün müəssisə və stansiyalarında növbəli şəkildə fasiləsiz iş rejimi təşkil ediləcək. Eyni zamanda, bayram günlərində vaqonların yüklənməsi və boşaldılması prosesində də fasilələr yaşanmayacaq: "Bayram günlərində yük gətirən insanların qəbul-təhvil işlərini həyata keçirəcəyik. Bayramla əlaqədar vaqonlar texniki baxışdan keçiriləcək və həmin günlər vaqonların gediş-gəlişini rahat təmin etmək üçün əlavə qatarlardan da istifadə olunacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi