"Azərbaycan Dəmir Yolları" avtomobil parkını yeniləyir

"Azərbaycan Dəmir Yolları" avtomobil parkını yeniləyir Bu proses çərçivəsində “NAZ Lifan” avtomobillərinə üstünlük veriləcək
İnfrastruktur
29 İyun , 2016 13:33
Azərbaycan Dəmir Yolları avtomobil parkını yeniləyir

Bakı. 29 iyun. REPORT.AZ/  “Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsal etdiyi 10 ədəd "NAZ Lifan" avtomobili alıb. Bunu "Report"a qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. 

Onun sözlərinə görə, avtomobillər xidməti istifadə üçün nəzərdə tutulur: "Ümumiyyətlə,“Azərbaycan Dəmir Yolları"nın avtomobil parkının yenilənməsinə ehtiyac var. Bu baxımdan Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “NAZ Lifan” avtomobillərinə üstünlük veriləcək".

Son xəbərlər

Orphus sistemi