"Azərbaycan Dəmir Yolları" ADB ilə ikitərəfli əməkdaşlığı genişləndirəcək

"Azərbaycan Dəmir Yolları" ADB ilə ikitərəfli əməkdaşlığı genişləndirəcək Bu gün hər iki qurumun rəhbəri görüşüb
İnfrastruktur
14 Noyabr , 2016 15:51
Azərbaycan Dəmir Yolları ADB ilə ikitərəfli əməkdaşlığı genişləndirəcək

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İdarə Heyətinin sədri Cavid Qurbanov Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vençay Janqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə "Report"a ADY-dən bildirilib. 

Məlumata görə, görüşdə C. Qurbanov  son dövrlər Azərbaycan dəmir yollarında aparılan islahatlar, habelə Azərbaycanın əlverişli coğrafi movqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsinin təmin edilməsi məqsədilə dəmir yolu infratrukturunun yenidənqurulması istiqamətində görülən kompleks tədbirlər, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüş zamanı həmçinin ortamüddətli pespektivdə ADB ilə ADY arasında əməkdaşlıq perspektivləri və prioritetləri müzakirə edilib. V.Janq qlobal maliyyə-iqtisadi böhranının doğurduğu nəticələrə baxmayaraq, Azərbaycan dəmir yolu sahəsində son dövrlər görülmüş kompleks yenidənqurma işlərindən, habelə institutsional, maliyyə və hüquqi-tənzimləmə sahəsində aparılmış islahatlardan məmnun olduğunu bildirib.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi