"Azərbaycan Dəmir Yolları" ABŞ-la əməkdaşlığını genişləndirir

"Azərbaycan Dəmir Yolları" ABŞ-la əməkdaşlığını genişləndirir “Azərbaycan Dəmir Yolları” QSC-də ABŞ-ın Azərbaycandakı səfiri olmuş Robert Sekuta, ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri, kontr-admiral Ron Maklaren, Xəzər Araşdırma Mərkəzinin direktoru Əfqan Niftiyevin iştirakı ilə görüş keçirilib.
İnfrastruktur
16 Dekabr , 2019 16:41
Azərbaycan Dəmir Yolları ABŞ-la əməkdaşlığını genişləndirir

Azərbaycan Dəmir Yolları” QSC-də ABŞ-ın Azərbaycandakı səfiri olmuş Robert Sekuta, ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri, kontr-admiral Ron Maklaren, Xəzər Araşdırma Mərkəzinin direktoru Əfqan Niftiyevin iştirakı ilə görüş keçirilib. 

Bu barədə "Report"a səhmdar cəmiyyətinin törəmə müəssisəsi olan "ADY Konteyner" MMC-dən bildirilib. 

Məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov bildirib ki, son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. C.Qurbanov Bakı-Tbilisi–Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri barədə də ətraflı məlumat verib.

Sonra qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

R.Maklaren Azərbaycanın nəqliyyat-logistika, tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən məmnun qaldıqlarını, ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi