Yuxarı
    Bağlamaq

    ​Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə beynəlxalq reytinqdə ilk 20-liyə daxil olub

    129 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycan 9,7 balla 20-ci yerdə qərarlaşıb

    Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə Mülkiyyət hüquqları Alyansının illik beynəlxalq reytinq cədvəlində yer alıb.

    “Report” Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına əsasən xəbər verir ki, 129 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycan “daşınmaz əmlakın qeydiyyatı” kateqoriyasında mümkün 10 baldan 9,7 bal toplayaraq dünya üzrə 20-ci yerdə qərarlaşıb.

    Xatırladaq ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi illik “Doing Business” hesabatlarında Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə ilk sıralarda yer alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi