Yuxarı
    Bağlamaq

    Azərbaycan daha bir neçə iri dövlət obyektini satışa çıxarıb

    Hərraca bir neçə iti hotel, xəstəxana, vaqon təmiri müəssisəsi və s. çıxarılıb

    Bakı. 24 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi daha bir neçə dövlət müəssisəsini özəlləşdirməyə çıxarıb. “Report” xəbər verir ki, həmin müəssisələr ölkənin müxtəlif ərazilərindədir.

    Qeyd edək ki, özəlləşdirilməyə açılan yeni qeyri-profil müəssisə və obyektlər sırasında Mərkəzi Dənizçilər Xəstəxanası, Bakı Dəmir Yolu Xəstəxanası, Bakı Vaqon Təmiri Zavodu, Sumqayıt Sənaye Kombinatı, “Sərhədçi” İdman İstirahət Mərkəzi, Texniki Universitetin İdman Sarayı, Bakının Səbail və Nəsimi rayonlarında yeraltı dayanacaq kompleksləri, Mərdəkanda “Dalğa”, Xaçmazda “Nabran” istirahət mərkəzləri, İmişlidə Bəhrəmtəpə Dəmir Beton Zavodu, Balakəndə “Qubek Otel”, Qusarda “Şahdağ” istirahət zonaları kimi investorlar üçün cəlbecidi dövlət əmlakları var.

    Komitənin açıqlamasında deyilir ki, belə müəssisələrin özəlləşdirilməsi bir neçə məqsədə nail olmağa imkan verəcək. İlk növbədə, başlıca məqsəd dövlət büdcəsinin üzərinə düşən yükün və əlavə dövlət xərclərinin azaldılmasıdır. Digər tərəfdən, onların özəlləşdirilməyə açılması əslində belə sahələrə yeni böyükhəcmli investisiyaların qoyulmasına zəmin yaradır. Sərmayə yatırımı bu müəssisələrin modern standartlara uyğun yenidən qurulması və müasir şərtlərlə daha keyfiyyətli xidmətlər göstərməsinə imkan yaradacaq: “Nəhayət, yeni müəssisələrin özəllədirilməsi bu əmlakların tabe olduğu iri dövlət müəssisələrinin (ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq müəssisələr) restrukturizasiyası baxımından da əhəmiyyətli olacaq. Bu isə dövlət büdcəsindən xərclərin azaldılması ilə yanaşı, belə müəssisələrin tam profil üzrə səmərəli fəaliyyətə başlaması və yeni iş yerlərinin açılması deməkdir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi