Yuxarı
    Bağlamaq

    ​Azərbaycan daha 5 "Stadler" qatarı ala bilər

    Şirkət hazırda 2 elektrik qatarını Azərbaycana göndərməyə hazırlaşır

    Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan İsveçrənin "Stadler Rail Group" şirkətindən daha 5 ədəd elektrik qatarı ala bilər.

    "Report" xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri və sahibi Peter Şpuler məlumat verib.

    O Azərbaycanın 3 qatar aldığını, 2 qatarın isə artıq göndərilmək üzrə olduğunu bildirib:

    "Üç qatar artıq Azərbaycandadır, daha ikisi göndərilməyə hazır vəziyyətdədir. Həmçinin daha 5 qatarın Azərbaycana satılma ehtimalı var", - deyə o əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi