Azərbaycan Cənubi Koreya ilə dəniz nəqliyyatı sahəsində əməkdaşlığa başlayır

Azərbaycan Cənubi Koreya ilə dəniz nəqliyyatı sahəsində əməkdaşlığa başlayır Dövlət Dəniz Administrasiyası bu ölkənin müvafiq qurumu ilə iki anlaşma memorandumu imzalayacaq
İnfrastruktur
15 Mart , 2016 12:20
Azərbaycan Cənubi Koreya ilə dəniz nəqliyyatı sahəsində əməkdaşlığa başlayır

Bakı. 15 mart. REPORT.AZ/  Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu gün Seul şəhərinə (Cənubi Koreya) səfəri başlayıb. Qurumdan "Report"a daxil olan xəbərə görə, martın 18-dək davam edəcək səfər çərçivəsində C.Koreyanın Okeanlar və Balıqçılıq Nazirliyinin və dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən bir sıra təşkilatların rəsmiləri ilə görüşlərin keçirilməsi, görüşlər zamanı qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və qeyd edilən sahə ilə bağlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində həmçinin “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikası Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun və “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikası Okeanlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsi və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”ya əsasən sertifikatların (diplomların) tanınması haqqında Anlaşma Memorandumu”nun imzalanması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi