Azərbaycan Bolqarıstana 1 milyard kubmetr qaz ixrac edəcək

Azərbaycan Bolqarıstana 1 milyard kubmetr qaz ixrac edəcək Azərbaycan Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində Bolqarıstana ildə 1 milyard kubmetr qaz ixrac edəcək.
İnfrastruktur
24 İyun , 2019 15:04
Azərbaycan Bolqarıstana 1 milyard kubmetr qaz ixrac edəcək

"Azərbaycan Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində Bolqarıstana ildə 1 milyard kubmetr qaz ixrac edəcək".

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair mətbuat konfransında Bolqarıstanın baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxariyeva bildirib.

“Strateji tərəfdaşlıq sazişi çərçivəsində əməkdaşlıq edirik. Regionun inkişafına dair mövqeyimiz eynidir. O cümlədən Xəzərdə əməkdaşlıq məsələlərini də müzakirə etdik. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində bizə 1 milyard kubmetr qaz ixrac edəcək”, - deyə bolqarıstanlı nazir qeyd edib. 

Y.Zaxariyeva tərəflər arasında həmçinin nəqliyyat sahəsində də əməkdaşlıq imkanlarını müzakirə etmək üçün aidiyyəti nazirlər arasında görüş keçirməyə dair razılıq əldə olunduğunu da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi