Yuxarı

Azərbaycan avtomobil idxalını 43% azaldıb

Yük avtomaşınlarının idxalı isə 67% azalıb

Bakı. 18 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana 7 511 avtomobil idxal olunub. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 43% azdır.

“Report” Dövlət Gömrük Komitəsinin hesabatına əsasən məlumat verir ki, bu ilin yanvar-fevral ayları ərzində 119 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulan motorlu nəqliyyat vasitələri (artım 112,5%), 7 031 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri (azalma 41,4%), 339 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri (azalma 67%) və 22 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri (azalma 72,1%) idxal olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi