​Azərbaycan avtomobil idxalını 40% azaldıb

​Azərbaycan avtomobil idxalını 40% azaldıb İdxalın 91%-ni minik avtomobilləri təşkil edib
İnfrastruktur
15 Dekabr , 2014 16:58
​Azərbaycan avtomobil idxalını 40% azaldıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 56 804 ədəd avtomobil idxal olunub. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,4% azdır.

Statistikaya əsasən, idxal olunan avtomobillərin 51 589 ədədini (90,7%) əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Bu, illik müqayisədə 39,4% azdır.

Cari ilin ilk 11 ayı ərzində yük daşımaq üçün motorlu nəqliyyat vasitələri idxalı illik 34,6% azalaraq 4 580, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 57,9% azalaraq 325, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı isə 58,1% azalaraq 310 ədəd təşkil edib.

Son xəbərlər

Orphus sistemi