Yuxarı

Azərbaycan Avropa və Asiyanın hava məkanlarını birləşdirəcək

Müvafiq saziş Azərbaycan Hava Yolları və Fransanın Thales şirkəti arasında imzalanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Heydər Əliyev Beynəlxalq Hava Limanında Hava Məkanının Optimizasiyası Mərkəzi (Azerbaijan Airspace Supervision & Efficiency Centre, ASEC) inşa ediləcək.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, müvafiq sazişi "Azərbaycan Hava Yolları" və Fransanın "Thales" şirkəti imzalayıb.

Layihə hava hərəkətinə xidmət (ATM) və hava hərəkəti axınının təşkili (AFTM) sisteminin tətbiqi çərçivəsində "Eurocontrol" təşkilati ilə birgə əməkdaşlıqda həyata keçiriləcək.

Hava Məkanının Optimizasiyası Mərkəzi Brüsseldə yerləşən Avropa Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi (CFMU) və Sinqapurda yerləşən Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi arasında hava məkanı axınının əsas planlaşdırma mərkəzi olacaq.

Qeyd edək ki, Asiya və Çin bazarlarının sürətli tempi, eləcə də Azərbaycanın strateji mövqeyi həm daxili, həm də tranzit marşrutlarının artmasına kömək edir ki, bununla əlaqədar olaraq, ölkəmizə bütün regionda hava axınının təşkili işində mühüm rol ayrılır. Eyni zamanda İCAO-nun qlobal aeronaviqasiya planının tələblərinin həyata keçirilməsi gələcəkdə hava hərəkəti axınının artmasına müsbət təsir göstərəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi