Cavid Qurbanov: "Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr yol çəkiləcək"

Cavid Qurbanov: "Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr yol çəkiləcək" "Şimal-Cənub dəhlizi bizə lazım olan layihədir"
İnfrastruktur
12 Dekabr , 2015 11:13
Cavid Qurbanov: Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr yol çəkiləcək

Bakı. 12 dekabr. REPORT.AZ/ "Şimal-Cənub dəhlizi bizə lazım olan layihədir. Ona görə də biz bu işi asanlaşdırmağa çalışırıq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, artıq bununla bağlı Koordinasiya Şurası da yaradılıb: "Dekabrın 21-də İranın paytaxtı Tehran şəhərində görüş keçiriləcək. Görüşdə məsələlərin konkret qoyulması nəzərdə tutulub. Birinci mərhələ olaraq Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr dəmir yolu çəkiləcək. Bundan başqa, 100 metrlik də körpü tikiləcək. Bu da yüklərin asan daşınması üçün edilir".

Son xəbərlər

Orphus sistemi