Bakı. 17 mart. REPORT. AZ/ İranın Bəndər-Abbas limanı ilə Helsinki (Finlandiya) limanını, yəni Rəşt-Astara (İran-Azərbaycan) dəmir yolu vasitəsilə birləşdirilməsi ideyası artıq neçə illərdir Azərbaycan tərəfindən səsləndirilir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov deyib.
"Azərbaycan Dəmir Yolları" QSC artıq bu istiqamətində kifayət qədər iş gördüyünü və həmin dəmir yolunun 8 km-lik hissəsinin tikintisinin davam etdiyini qeyd edən T.Ziyadov bildirib ki, gələcəkdə İran Astarasından Rəşt dəmir yoluna birləşdirmə vasitəsilə vahid təchizat zənciri yaranacaq.
"Bundan sonra isə Bəndər-Abbas limanını da Hindistana bağlayıb, Helsinkiyə qədər yolumuz açıq olacaq. Biz limanda əlavə dəyər yaratmaq istəyirik. Məsələn, Hindistandan Avropaya nə isə satılırsa, Azərbaycanda ona əlavə dəyər verilsin, sonra isə o buradan bazarlara ixrac olunsun. Bunun üçün də infrastruktur lazımdır", - deyə T. Ziyadov qeyd edib.