Azərbaycan minik avtomobili istehsalını azaldıb

Azərbaycan minik avtomobili istehsalını azaldıb Ölkədə avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir
İnfrastruktur
22 Oktyabr , 2015 12:37
Azərbaycan minik avtomobili istehsalını azaldıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanda minik avtomobilləri istehsalı illik 68,4% azalaraq cari ilin yanvar-sentyabr ayları ərzində 562 ədəd təşkil edib. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 1 oktyabr tarixinə 292 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə yük avtomilləri istehsalında isə əksinə artım müşahidə olunub. İstehsal ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% artaraq cari ilin ilk doqquz ayı ərzində 251-ə çatıb. Traktor istehsalı da illik 24,3% azalaraq cari ilin 754 ədəd olub.

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 236,7 mln. manatlıq məhsul istehsal edilib.

Qeyd edək ki, hazırda Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən isə cari ilin ilk doqquz ayı ərzində ölkəyə ümumilikdə 22 915 ədəd avtomobil gətirilib ki, bunun da 20 386 ədədini əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. 

Son xəbərlər

Orphus sistemi