"Azəravtoyol" vətəndaşlara xəbərdarlıq edib

"Azəravtoyol" vətəndaşlara xəbərdarlıq edib Dövlət əmlakına zərər vuran şəxslər məsuliyyətə cəlb olunacaq
İnfrastruktur
1 Sentyabr , 2016 17:11
Azəravtoyol vətəndaşlara xəbərdarlıq edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bakı şəhərinin Ziya Bünyadov prospektində yerləşən yerüstü piyada keçidləri təmir edilib. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan xəbərə görə, təmir işləri vətəndaşların müraciəti əsasında aparılıb.

Ətrafda yaşayan sakinlərin və mütamadi olaraq yerüstü piyada keçidlərindən istifadə edən vətəndaşlaın pilləkən hissələrdə yeni tutacaqların quraşdırılması ilə bağlı ASC-yə müraciəti əsasında sözügedən keçidlərdə yeni tutacaqlar quraşdırılıb.

Bundan başqa, təmir işləri zamanı bəzi insanlar tərəfindən yerüstü piyada keçidlərinin tavanında dağıdılan xüsusi plastik üzlüklər də yeniləri ilə əvəzlənib.

"Azəravtoyol" vətəndaşlardan keçidlərdən istifadə edərkən nizam-intizamlı olmalarını və dövlət əmlakına zərər vurmamağı xahiş edir. Bu cür halların yenidən təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində qanunvericilik çərçivəsində ölçü götürüləcək", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi