“Azəravtoyol”un traktoru Xırdalanın bir hissəsini işıqsız qoyub

“Azəravtoyol”un traktoru Xırdalanın bir hissəsini işıqsız qoyub Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Xırdalan şəhərinin Quşçuluq massivi ərazisində yol inşaatını həyata keçirən “Azəravtoyol” ASC-nin traktoru yeraltı elektrik xəttini zədələyib.
İnfrastruktur
28 Noyabr , 2017 17:10
“Azəravtoyol”un traktoru Xırdalanın bir hissəsini işıqsız qoyub
Report

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Xırdalan şəhərinin Quşçuluq massivi ərazisində yol inşaatını həyata keçirən “Azəravtoyol” ASC-nin traktoru yeraltı elektrik xəttini zədələyib.

“Report”un əldə etdiyi məlumata görə, “Saray 2” adlanan xəttin zədələnməsi nəticəsində adıçəkilən massivə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Məlumatda deyilir ki, bir neçə saat işıqsız qalan massivə günorta saatlarında elektrik enerjisinin verilişini təmin etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi