​"Azəravtoyol"un sədri: "Kiş çayı üzərində inşa ediləcək yeni körpü üçaşırımlı olacaq"

​"Azəravtoyol"un sədri: "Kiş çayı üzərində inşa ediləcək yeni körpü üçaşırımlı olacaq" "Tez bir zamanda körpünün tikintisinə başlanacaq"
İnfrastruktur
5 İyul , 2016 22:31
​Azəravtoyolun sədri: Kiş çayı üzərində inşa ediləcək yeni körpü üçaşırımlı olacaq

Şəki. 5 iyul. REPORT.AZ/ Kiş kəndi ilə Şəki şəhərini birləşdirən əvvəlki ikiaşırımlı körpünün yerində üç aşırımlı körpü tikiləcək.

Bu barədə "Report"un Şimal-Qərb bürosuna "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov məlumat verib.

O, bildirib ki, sel nəticəsində dağılmış körpü Şəki şəhəri ilə əhalisi 7 minə yaxın olan Kiş kəndini birləşdirirdi.

"Körpü 1996-cı ildə dəmir konstruksiyalardan yığılmış ferma üzərindən keçid yolu olub. Elə həmin il ağır tonnajlı maşınların keçidi nəticəsində deformasiyaya uğrayıb. O zaman Nazirlər Kabinetinin sərəncamı ilə körpünün dayaq hissələri yenidən bərkidilib. 2011-ci ildə qərara alınıb ki, həmin metal konstruksiyalı körpü monolit dəmir-beton aşırımla əvəz edilsin. Daha sonra layihə-smeta sənədləri təsdiq olunub. 2012-ci ildə işlər yekunlaşıb və həmin ildən 2016-cı ilin iyul ayının 2-dən 3-ə keçən gecəyə qədər əhalinin xidmətində olub", - deyə Saleh Məmmədov xatırladıb.

Sədr hazırda iki aşırım əvəzinə üçaşırımlı körpü layihəsinin nəzərdə tutulduğunu qeyd edib. Onun sözlərinə görə, tez bir zamanda layihə-smeta sənədləri hazır olacaq və körpünün tikintisinə başlanacaq.

"Buna baxmayaraq "Azəravtoyol" ASC-nin yaxın rayonlarda və Şəki şəhərində yerləşən qurumlarının fəaliyyəti nəticəsində iki günə müvəqqəti yol açılıb, əhalinin yaxın günlərdə tam yolla təminatı bərpa olunacaq", - deyə Saleh Məmmədov bildirib.

Son xəbərlər

Orphus sistemi