"Azəravtoyol": Regiondakı sürücülər qarlı havaya daha çox hazırlıqlıdır

"Azəravtoyol": Regiondakı sürücülər qarlı havaya daha çox hazırlıqlıdır Yol təsərrüfatı orqanı paytaxtın bəzi hissələrində tıxacın yarandığını bildirir
İnfrastruktur
17 Fevral , 2017 10:58
Azəravtoyol: Regiondakı sürücülər qarlı havaya daha çox hazırlıqlıdır

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanda yağan qar paytaxt və ölkənin əsas avtomobil yollarında ciddi problem yaratmayıb. 

Bunu "Report"a açıqlamasında "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib: "Bakının giriş və çıxışında, habelə əsas yollarda da problem müşahidə edilmir".

Onun sözlərinə görə, hazırda Bakıda əsas problem bu cür hava şəratinə hazır olmayan sürücülər sayəsində yaranır: "Bakının mərkəzində bəzi yollarda tıxac müşahidə edilir və həmin hissələrə "Azəravtoyol"un texnikası daxil ola bilmir. Hazırlıqsız sürücülər əsasən enişli-yoxuşlu yollarda qalıblar və digər sürücülərə də maneələr törədirlər, yolu bağlayırlar".

Onun sözlərinə görə, regionların yollarında da ciddi problem yoxdur: "Əslində, Bakı ilə müqayisədə region sürücüləri belə hava şəratinə daha hazırlıqlıdır". 

Son xəbərlər

Orphus sistemi