"Azəravtoyol": Küçə və prospektlərdə buzlaşma müşahidə olunmur

"Azəravtoyol": Küçə və prospektlərdə buzlaşma müşahidə olunmur Yol təsərrüfat orqanı buzlşamaya hazır olduğunu deyir
İnfrastruktur
8 Dekabr , 2016 13:08
Azəravtoyol: Küçə və prospektlərdə buzlaşma müşahidə olunmur

Bakı. 8 dekabr. REPORT.AZ/ Hazırda Bakı şəhərində "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur. Buzlaşmanın axşam saatlarından başlayaraq yaranması gözlənilir. "Report" xəbər verir ki, bunu "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb: "Bunun üçün texnika, maşın-mexanizmlərimiz hazır vəziyyətdədir".

"Hazırda "20 Yanvar" dairəsi, dairəyə doğru yollar, Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. Tıxacın yaranmasına səbəb sürücülərin hazırlıqsız olması, sovet istehsalı maşınlarla sürücülərin yola çıxması və ən əsası avtonəqliyyat vasitəsini yay şinləri ilə idarə edilməsidir. Nəticədə, avtomobillər sürüşür, hərəkətində çətinliklər yaranır və bu da tıxaca səbəb olur. Qış şinləri ilə idarə olunan avtomobillərin hərəkətində hər hansı problem yoxdur", - deyə A.Nəcəfli yazıb.

A.Nəcəfli əlavə edib ki, yollar buzlaşdıqda, qarla örtüldükdə yol təsərrüfat orqanının texnikası yollara duz-qum qarışığı səpməyə, yolların qardan təmizləməsinə başlayacaq: "Bunun üçün bütün texnika hazır vəziyyətdədir. Bir daha deyirəm, aidiyyəti qurumlar qışa hazır olur, sürücülər də hazır olsalar, yaxşı olar, yollarda vəziyyət normal olar". 

Son xəbərlər

Orphus sistemi