"Azəravtoyol" daha bir avtomobil yolunun təmirinə başlayıb

"Azəravtoyol" daha bir avtomobil yolunun təmirinə başlayıb Çınqıl örtüklü Qazax-Kosalar avtomobil yolunun uzunluğu 8 km, eni 4-5 metrdir
İnfrastruktur
8 İyul , 2016 13:47
Azəravtoyol daha bir avtomobil yolunun təmirinə başlayıb

Bakı. 8 iyul. REPORT.AZ/ "Azəravtoyol" ASC uzunluğu 8 km, eni 4-5 metr olan torpaq və çınqıl örtüklü Qazax-Kosalar avtomobil yolunun təmirinə başlayıb.

Şirkətdən "Report"a verilən məlumata görə, Qazax-Kosalar yolu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində yol boyu yeni yol yatağı və yol əsası tikilir. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə 0,5 metr bərkidici zolaq və1,5 metr çiyinlər olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Bundan başqa, suların ötürülməsini təmin etmək üçün yol boyu 12 yerdə 300 və 500 mm diametrli suötürücü boruların tikintisi aparılıb. Yolun 3-cü kilometrliyində su kanalı üzərində yerləşən körpünün də təmir edilməsi nəzərdə tutulub. Körpünün uzunluğu 10 metr, eni isə 6 metrdir.

Bu işlər yekunlaşdıqdan sonra yolun asfaltlanmasına başlanılacaq. Ümumilikdə, yolun 48 min kv. m sahəsinə ikiqat asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Qeyd olunur ki, Qazax-Kosalar avtomobil yolunun yenidən qurulması ilə iki yaşayış məntəqəsinin 10 minə yaxın əhalisinin birbaşa olaraq Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yoluna və rayon mərkəzinə rahat gediş-gəlişi təmin olunur. 

Son xəbərlər

Orphus sistemi