Yuxarı
    Bağlamaq

    “Azəravtoyol” ASC-nin yeni istehsalat bazası fəaliyyətə başlayıb - FOTO - VİDEO

    Asfalt-beton qarışığı istehsal edən Lintec-3 000 zavodu Almaniya təcrübəsidir və istehsal gücü saatda 240 tona bərabərdir

    Bakı. 23 sentyabr. REPORT.AZ/ “Azəravtoyol” ASC-nin yeni istehsalat bazası fəaliyyətə başlayıb. 

    Bu barədə "Report"a adı çəkilən qurumdan bildirilib. 

    Məlumata görə, Baza "Bakı 2 nömrəli Yol İstismarı MMC"-nin tərkibində yaradılıb. 

    Bu münasibətlə istehsalat bazasına baxış keçirilib. Tədbirdə ASC-nin sədri Saleh Məmmədov daxil olmaqla "Azəravtoyol"unrəhbər şəxsləri iştirak ediblər. S. Məmmədov ilk öncə istehsalat bazasında çalışan insanların iş şəraiti ilə yaxından tanış olub. Məlumat verilib ki, burda işçilərin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb, otaqlar lazımi avadanlıqlarla təchiz edilib.

    Daha sonra bazanın ərazisində qurulan asfalt-beton və emulsiya zavodlarına baxış keçirilib. Beləki, asfalt-beton qarışığı istehsal edən Lintec-3 000 zavodu Almaniya təcrübəsidir və istehsal gücü saatda 240 tona bərabərdir. Zavod həm mavi yanacaq, həm də dizel yanacağı ilə çalışır. Bunun üçün ərazidə 35 tonluq dizel çəni quraşdırılıb, 4 km-ə yaxın yüksək təzyiqli qaz xətti çəkilib.

    Bundan başqa, asfalt zavodunun ərazisinə hər birinin tutumu 100 ton olan 11 ədəd bitum çəni qoyulub. Bitum çənlərindən 2-i xüsusi kimyəvi qatqı qatılaraq yüksək keyfiyyətə malik polimer asfalt istehsalı üçün nəzərdə tutulub.

    Ərazidə asfalt-beton qarışığının istehsalı üçün kifayət qədər ehtiyat material da toplanıb.

    İstehsalat bazasının ərazisində mini emulsiya istehsalı zavodu da fəaliyyət göstərir. Burda asfalt-beton örtüyünün döşənəcəyi sahəyə vurulması üçün nəzərdə tutulmuş xüsusi emulsiya istehsal olunur.

    Daha sonra ərazidə fəaliyyət göstərən laboratoriyaya baxış keçirilib. Laboratoriyada hazır asfalt-beton qarışığının, bitumun və bütün növ inert materiallarının keyfiyyətinə və möhkəmliyinə nəzarət etmək mümkündür. Bunun üçün labaratoriya Avropa istehsalı xüsusi avadanlıqlarla təchiz edilib.

    İstehsalat bazasına girib-çıxan bütün yük maşınlarının yoxlanılması üçün kompüterləşdirilmiş tərəzi də quraşdırılıb. Tərəzidə bir dəfəyə 80 ton yükü yoxlamaq mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi