Yuxarı

“Azəravtoyol” ASC ixtisaslaşdırma kursları keçirir

ASC yol təsərrüfatı mütəxəssisləri hazırlayacaq

Bakı. 28 sentyabr.REPORT.AZ/ “Azəravtoyol” ASC-nin “Azəryolelmitədqiqatlayihə" İnstitutu yol təsərrüfatı mütəxəssisləri üçün ixtisaslaşdırma kursları keçirir.

Bu barədə "Report"a ASC-dən bildirilib. 

Məlumata görə, kurslarda materialların tədqiqatı üzrə laborantlar, mexanizatorlar, operatorlar, mexaniklər və vərdənə ustaları hazırlanacaq, eyni zamanda kompüter proqramları tədris ediləcək.

Kurslar 2016-cı ilin 1 oktyabr tarixindən etibarən keçiriləcək və sonda müvafiq şəhadətnamə veriləcək.

Müraciət üçün əlaqə nömrəsi: 012 599 79 53.

Ünvan: Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 2025-ci məhəllə.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi