AZAL yeni endirim kampaniyası keçirir

AZAL yeni endirim kampaniyası keçirir Bakı-İstanbul aviareysi ucuzlaşdırılıb
İnfrastruktur
13 May , 2015 15:25
AZAL yeni endirim kampaniyası keçirir

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan Hava Yolları” (AZAL) QSC yeni endirim aksiyasına başlayıb. Aviaşirkətdən "Report"a verilən məlumata görə, aksiya Bakı-İstanbul-Bakı marşrutu ilə həyata keçirilən reyslərə aiddir.

Bu marşrutla hər iki istiqamətdə aviabiletin qiyməti 278 manat təşkil edir.

Biletlər bu gündən etibarən iyunun 8-nə qədər alına bilər, uçuşlar isə mayın 14-dən iyulun 20-nə kimi həyata keçirilməlidir. Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə "mile-bal"lar hesaba əlavə olunmur, məntəqədə maksimal qalma müddəti bir aydır. Yığım və rüsumlar qiymətə daxildir.

Son xəbərlər

Orphus sistemi